Gəncədə yaşayış evində partlayış: ANA VƏ QIZI AĞIR YARALANDI
Gəncə şəhərində partlayış baş verib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Cavad xan küçəsində yaşayan, 1956-cı il təvəllüdlü Fatimə Nəsib qızı Verdiyeva və onun qızı 1981-ci il təvəllüdlü Nübar Nəsrəddin qızı Verdiyeva yanıq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Araşdırma zamanı məlum olub ki, onlar yaşadıqları evdə qaz sızmasından yaranan partlayış nəticəsində yanıq xəsarətləri alıblar. Hazırda 2-3-cü dərəcəli yanıq xəsarətləri alan şəxslərə müvafiq yardım göstərilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub