Ukraynda öldürülən müxalifətçinin 20 YAŞLI ERMƏNİ OLDUĞU MÜƏYYƏNLƏŞİB
Ukrayna paytaxtında keçirilən kütləvi etiraz aksiyaları zamanı açılan atəş nəticəsində ölən müxalifətçi fəalın şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxsin Dnepropetrovsk şəhərindən gələn milliyyətcə erməni, 20 yaşlı Sergey Niqoyan olduğu açıqlanıb. O, meydan hərəkatının fəal iştirakçısı olub və hökumət binalarının yerləşdiyi Qruşevsk küçəsində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalarda güllə yarası alıb. Başından və boynundan yaralanan S. Niqoyan ölüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının hansı güllədən istifadə etdiyi meyitin müayinəsindən sonra bəlli olacaq.
APA TV-nin xəbərinə görə, ölüm faktı ilə bağlı araşdırmalara başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Aleksandr Radkeviç bildirib ki, istintaq-əməliyyat qrupu artıq hadisənin baş verdiyi əraziyə yollanıb: “Məsələni araşdırırıq. Həmin şəxsə tibbi yardım göstərilib, lakin o, ölüb”.
A. Radkeviç ölən şəxsin snayper tərəfindən vurulduğuna dair iddiaları rədd edib.
Ukrayna mənbələri daha bir nəfərin öldüyü haqda xəbər yayıblar. Həmin şəxs “Dinamo” stadionunun 13 metrlik sütunundan yıxılıb və xəstəxanada keçinib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub