Bakıda kanalizasiya xəttinə düşən at xilas edildi
Bakıda at kanalizasiya xəttinə düşüb. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda Bakı şəhəri, Suraxanı rayonunda ev heyvanının dərinliyi 3-4 metr olan çirkab sulların axıdıldığı kanalizasiya xəttinə düşdüyü bildirilib. Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xüsusi alətlər vasitəsi ilə atın boyun və ayaq nahiyələrinə ip dolanıb. Qaldırıcı qurğu vasitəsi ilə atı kanalizasiya quyusundan çıxarmaq mümkün olub.
At müvafiq qaydada xilas olunaraq sahibinə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub