Suriyada daha bir AZƏRBAYCANLI ÖLDÜ
Suriyada daha bir azərbaycanlı öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə terrorçulara məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. Onun soyadı adı açıqlanmasa da, adının Vüsal olduğu bildirilir. Vüsal Bakının Qaraçuxur qəsəbəsindəndir. Mücahidlər Vüsalın fotosunu da yayıblar.
APA TV-nin xəbərinə görə, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçu birləşmələrin üzvləri tərəfindən sosial şəbəkələrdə yayılıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub