"Müsəlman qardaşları" ilə polis toqquşdu: 29 ÖLÜ
Misirdə 25 yanvar çevrilişinin üçüncü ildönümü qanlı hadisələrlə müşayiət olunub. APA TV-nin məlumatına görə, paytaxt Qahirədə və onun ətrafında "Müsəlman qardaşları" hərəkəti tərəfdarları ilə polis arasında baş verən toqquşmalarda azı 29 nəfər ölüb. Ölənlərin və yaralananların dəqiq sayı məlum deyil. Toqquşmalar zamanı 700-dən çox nümayişçi saxlanılıb. Xatırladaq ki, üç il əvvəl yanvarın 25-də Qahirədə prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi ilə nəticələnən çevriliş baş verib. O zaman hakimiyyətə "Müsəlman qardaşları" hərəkatı gəldi, Məhəmməd Mursi isə prezident seçildi. Amma ötən ilin iyulunda Misirdə hərbi çevriliş baş verdi. Bu dəfə Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırıldı və ordu komandanlığı ölkəyə rəhbərliyi ələ aldı.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub