Ukrayna müxalifəti daha bir HÖKUMƏT BİNASINI ƏLƏ KEÇİRDİ
Etirazçılar Kiyevin mərkəzindəki “Ukrayna Evi”ni ələ keçiriblər. APA TV-nin məlumatına görə, narazı kütlə, binadakı nəzarətçilərin üzərinə yandırıcı maye dolu şüşələr atıblar. Daha sonra isə mühafizə xidmətini və burada işləyənlərin binanı tərk etməklərinə icazə veriblər. Etirazçılar binaya girdikdən sonra pəncərələri qırıb, ətrafa xeyli zərər veriblər. Hökumət qüvvələrinin onlarla bacarmayacağını söyləyən aksiya iştirakçıları, iqtidarın onları satın almaq istədiklərini, ancaq Ukrayna xalqının satılmayacağını dilə gətiriblər. Onlar israrla Yanukoviçin və hökumətin istefasını tələb etməkdə davam edirlər. Etirazçılar küçə nümayişlərini davam etdirərək bunu öz qələbələri, hökumətin isə məğlubiyyəti kimi dəyərləndirirlər. Onlar Kənd Təsərüffatı Nazirliyini, Bələdiyyə, şəhər İcra Hakimiyyətini və bəzi hökumət binalarını ələ keçiriblər.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub