Bakı-Şamaxı yolunda dəhşətli qəza: 3 MAŞIN TOQQUŞDU, 4 ÖLÜ, 7 YARALI
Bakı-Şamaxı yolunun 29-cu kilometrliyində 4 nəfərin ölümü , 7 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Vaz 21011", "Mitsubishi" və "Mercedes-Benz" markalı avtomobillərin toqquşması nəticəsində "Vaz 21011"in sürücüsü Bahadur İbadov, qızı Ceyran İbadova və 3 yaşlı nəvəsi Zəhra ölüb. Sürücünün yoldaşı Arifə İbadova və digər sərnişin Vidadi Novruzov ağır bədən xəsarətləri alıb.
"Merceds Benz"də olan sərnişin Gülşən Bibirova da aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Sürücü Nadir Şükürov, sərnişinlər Fəridə Əliyeva və Pirum Şamalova ağır yaralanıblar.
"Mitshubishi"nin sürücüsü Murad Həmidov və sərnişin Elşən Rüstəmov ağır bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı xəstəxanaya və Respublika Mərkəzi Klinik Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub