Hava şəraiti ilə bağlı xəbərdarlıq: BAKIDA YOLLAR BUZ BAĞLAYACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb. Yanvarın son günlərində Bakıda 2-4 dərəcə şaxta olacaq, şimal küləyi arabir güclənəcək, bəzi ərazilərdə yollar buz bağlayacaq. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 28-29-da Bakı və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub