Biləcəridə 202 saylı avtobus “Opel”lə toqquşub
Bakının Biləcəri qəsəbəsində sərnişin avtobusu ilə minik maşını toqquşub. APA TV-nin məlumatına görə, 202 saylı marşrut üzrə şəhərdən Biləcəri qəsəbəsi istiqamətində hərəkət edən avtobus Yəhya Hüseynov küçəsində “Opel” markalı maşına çırpılıb. Yol polisi əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində qəzaya minik maşınının səbəb olduğu üzə çıxıb.
Avtobusun sürücüsü televiziya əməkdaşlarını görən kimi hadisə yerini tərk edib. Yol polisi əməkdaşlarının sözlərinə görə, avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur. Qəzanın baş verdiyi küçə 202 saylı avtobus xəttinin hərəkət marşrutuna aiddir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub