Fransa prezidenti Azərbaycana səfər edəcək
Fransa prezidenti Fransua Olland bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə APA İnformasiya Agentliyinə məlumatlı mənbə bildirib.
Bu ilin martında isə bu ölkənin xarici işlər naziri Loran Fabiusun Azərbaycana səfəri nəzərdə tutulur.
Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, Fransua Olland ötən ilin dekabr ayında Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının rəhbərləri ilə görüşündə 2014-cü ilin may ayında Ermənistana səfər edəcəyini söyləyib.
Azərbaycana səfərin də məhz həmin turne çərçivəsində baş tutacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub