Müdafiə Nazirliyinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb edildi
Bakı. Hafiz Heydərov - APA. Müdafiə Nazirliyinin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunublar. APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib. O, qeyd edib ki, 3013-cü ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir