Diqqət! 10 DƏRƏCƏ ŞAXTA OLACAQ
Ölkə ərazisində şaxtalı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, yaxın 3 gündə Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək: "Havanın temperaturu gecə saatlarında 6-8 dərəcə şaxta, bəzi yerlərdə 10 dərəcə şaxta olacaq. Günorta saatlarında isə 0-3 dərəcə şaxta gözlənilir".
Rayonlarda yaxın 3 gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lənkəran və Astara rayonlarında az qar yağacağı gözlənilir: "Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, dağlıq rayonlarda havanın temperaturu günorta saatlarında 2-7 dərəcə şaxta olacaq".
Yaxın üç gün ərzində Abşeron yarımadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü, eləcə də oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir