Ölkədə QARLI-ŞAXTALI HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK
Ölkə ərazisində şaxtalı-qarlı hava şəraiti davam edəcək. Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Qarşıdakı 2 gündə Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, az miqdarda qar yağacaq. Şimal-Şərq küləyi əsəcək, günorta saatlarında Cənub küləyi ilə əvəzlənəcək: "Bakıda və Abşeron yarımadasında günorta saatlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək".
Bölgələrimizdə də hava qismən yağıntılı, şaxtalı olacaq: "Mərkəzi Aran rayonlarında havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda isə 5 dərəcə şaxta olacağı gözlənilir". Bölgələrdə şərq küləyi əsəcək.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir