"Azərqaz" abonentlərinin sayı açıqlandı
2014-cü il yanvarın 1-nə olan məlumatlara görə, respublika üzrə Dövlət Neft Şirkətinin "Azərqaz" İstehsalat Birliyi abonentlərinin sayı 1,613 min nəfər təşkil edir. İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov APA TV-yə deyib ki, ölkədə 41 rayon üzrə 217 yaşayış məntəqəsi qazlaşdırıb. Onun sözlərinə görə, əhalinin 99,9 %-i sayğacla təmin edilib. Bu sayğaclardan 50% smartkartla dəyişdirilib.
Qurum rəsmisi deyir ki, çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində də mühüm göstəriciyə nail olunub. Birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.
Tahir Kazımov deyir ki, paytaxtın yeni salınan yaşayış massivlərinə mavi yanacağın verilməsi 2014-2016-cı ilin dövlət proqramına əsasən, həyata keçiriləcək.
Ümumilikdə respublikanın mövcud yaşayış məntəqələrinə mavi yanacağın verilməsi 2014-cü ilin dekabr ayına kimi başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir