ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANININ VAXTI AÇIQLANDI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb. APA TV xəbər verir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu 11-20 fevralda aparılacaq. Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi martın 2-də, 2-ci mərhələsi mayın 25-də keçiriləcək. Magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi 30 mart, 2-ci mərhələsi 27 iyulda olacaq. Rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyul, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 6, 13 (təkrar), 20, 27 aprel, 25 may (təkrar), 1 iyun, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-30 apreldə keçiriləcək. Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur 15 aprel – 30 aprel, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü 25 aprel, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının 1-cisi 4 may, 2-cisi 3 iyulda olacaq.
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı II və III qruplar üzrə 11 may, I və IV qruplar üzrə 18 mayda keçiriləcək. Bu ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı iyul ayında olacaq.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir