Yaqub Mahmudov: "... məni qaralamasınlar"
"Mən çox təəssüf edirəm ki, Azərbaycanın içində elə qüvvələr var, biz bunları sübuta yetirəndə ona qarşı çıxmağa çalışır. Bu qüvvələr bu gün Azərbaycanda da var".
APA TV-nin xəbərinə görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov. O bildirib ki, Azərbaycanın tarixi torpaqlarına Balkan yarımadasından ermənilər gətirilib. Ermənilər özləri də bunu etiraf ediblər: "Mən içəridəki qüvvələrə demək istəyirəm ki, zəhmət çəkib Yaqub Mahmudovu, tarix institutunu qaralamasınlar. Öz tarixlərinə sahib çıxsınlar. Azərbaycanın çörəyini yeyib, adlar alıb xaricə xidmət etməsinlər".
Y.Mahmudovun 75 illiyi qeyd olunub. Mərasimdə alimin 12 cildlik seçilmiş əsərləri, biblioqrafiyası, “Real tarix və “Böyük Ermənistan” uydurması” və “Azərbaycan tarix elmində Yaqub Mahmudov məktəbi” kitabları təqdim olunub. Tədbirdə Prezident Kitabxanasının direktoru Mayil Əhmədov Yaqub Mahmudovun Azərbaycan tarixinin inkişafında göstərdiyi fəaliyyət və əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir