Bank Of Baku

ERMƏNİLƏR ATƏŞKƏS REJİMİNƏ ƏMƏL ETMİR

# 12:21
8 fevral 2014

Cəbhə xəttinin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan ordusunun Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

 

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR