Bank Of Baku

Amerikalı həmsədr AZƏRBAYCANIN ŞƏHİDİNDƏN DANIŞDI

# 12:51
8 fevral 2014

"Kütləvi İnformasiya Vasitələri Ermənistanla sərhəddə Azərbaycan əsgərinin öldürüldüyünü bildirir. Bəs, Olimpiya oyunları ilə bağlı sülh razılaşmasına nə oldu?"

 

APA TV-nin xəbərinə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan əsgərinin erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı öz "twitter" səhifəsində yazıb.

 

Xatırladaq ki, bu həftə həmsədrlərin regiona səfəri zamanı Ceyms Uorlik Ermənistan və Azərbaycan prezidentlərinin xüsusən Olimpiya oyunları müddətində atəşkəsə əməl olunacağını təsdiqlədiklərini bildirmişdi.

 

Fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR