31 il çimməyən kişi xəstəxanaya yerləşdirildi
Türkiyənin Şanlıurfa vilayətində bir kişinin 31 ildir, qəbiristanlıqda yaşadığı məlum olub. Naməlum xəstəliyə tutulan Rəsul Bahadırın 31 ildir, çimmədiyi, aççını, saqqalını kəsdirmədiyi üzə çıxıb. Sudan qorxan bu şəxs əynində paltar da saxlamır. Onun əsəb xəstəsi olduğunu düşənən ailəsi Rəsulu xəstəxanaya yerləşdirib. İki ay xəstəxanada qalsa da, ona konkret diaqnoz qoymaq mümkün olmayıb. Ailəsinin maddi vəziyyəti ağır olduğundan onu xəstəxanada saxlamağa imkanı çatmayıb.
Anası deyib ki, oğlu çılpaq gəzir. Paltarlarını ya cırır, ya da yandırır. Su görəndə isə qaçır. Bu yaşadək bədəninə bir damla su dəyməyən bu şəxs gecə-gündüz ayıq qalır.
APA TV-nin xəbərinə görə, yaşlı qadın səlahiyyətli şəxslərdən yardım istəyib. Vilayət rəhbərliyi məsələyə müdaxiə edib, Rəsul yenidən xəstəxanaya yerləşdirilib. Üst-başı kül, kir-pas içərisində olan xəstəni burada yuyundurublar və təmiz paltar geyindiriblər.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir