QARA RƏNGLİ QAR YAĞDI
Omskda qara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi ilə bağlı fevralın 8-də yerli əhali məlumat verib. APA TV-nin məlumatına görə, Rusiya ekologiya idarəsinin əməkdaşları çirklənmənin baş vermə səbəblərini araşdırmaq üçün hadisə yerinə gediblər. Qardan götürülən nümunələr ekspertizaya göndərilib. Bu hadisə Omskda birinci dəfə deyil. 2012-ci ildə də analoji hadisə baş verib. Bu əraziyə iki dəfə qara qar yağıb. O zaman bunun səbəbinin soyuq vaxtı maksimum gücü ilə işləyən istilik elektrik stansiyasının tullantılarının olduğu bildirilmişdi.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir