Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsidən Qarabağ sərgisi

# 10:34
12 fevral 2014

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Bərdədə Qarabağ müharibəsindən bəhs edən fotosərgi təşkil edib. Sərgi müharibənin insanlara gətirdiyi acıları, məhrumiyyətləri ifadə edən fotolardan ibarətdir.

 

APA TV-nin xəbərinə görə, bu sərgi BQXK-nın yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsinə daxildir .Tədbirdə Ağdam və Bərdə RİH-lərinin başçıları Nizami Sadıqov və Vidadi İsayev də iştirak ediblər. BQXK-nın Bərdə subnümayəndəliyinin rəhbəri Nikolas Lamberd də iştirakçılar arasında olub.

 

Fotoşəkillər komitənin əməkdaşları tərəfindən çəkilib. Bu fotolar Qırmızı Xaçın Azərbaycanda 22 illik fəaliyyətinin bir qismini əks etdirir:

 

Sərgi fevralın 21-dək davam edəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR