Bakıda SƏRNİŞİN AVTOBUSU QƏZA TÖRƏTDİ
Bakıda sərnişin avtobusu qəza törədib. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili və “Daewoo” markalı mikroavtobus toqquşub.
FHN-in dərhal xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək