Lənkəranda RUHİ XƏSTƏ İNTİHAR EDİB
Lənkəranda intihar hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə fevralın 14-də rayonun Gərmətük qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə barədə ilk xəbər tutan onun qardaşının həyat yoldaşı olub. O, dərhal hadisə barədə qonum-qonşulara xəbər verib. Onların köməkliyi ilə mərhumun cəsədi quyudan çıxarılıb. Yaxınlarının bildirdiyinə görə, Göyçək Əliyeva ruhi xəstə olub. Əvvəllər uzun müddət çay fabrikində çalışıb. Dəfələrlə özünü öldürəcəyi barədə yaxınlarına xəbərdarlıq edib. Evdə qardaşı və onun həyat yoldaşı ilə birgə yaşayıb. O, 6 metr dərinliyi olan quyuya başı üstə düşüb. İntihar edərkən isə evdə tək olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək