Türkiyə parlamentində yumruq davası: CHP MİLLƏT VƏKİLİ XƏSTƏXANALIQ OLDU
Türkiyə Böyük Millət Məclisində Məhkəmə-Hüquq Şurası haqqında qanunun müzakirəsi yumruq davası ilə nəticələnib. CHP millət vəkili Bülent Tezcan çıxışında rüşvət hallarına yol verən hökuməti tənqid edib. Çıxışını bitirən Tezcana kürsünü tərk etməyib, bu səbəbdən vitse-spiker Sadiq Yaqut ona xəbərdarlıq edib. Kürsüdən düşməyən millət vəkilinə AKP üzvləri sərt reaksiya veriblər. Vitse-spiker fasilə elan edib, bu zaman AKP millət vəkili Bayram Özçelik kürsüyə yaxınlaşaraq Bülent Tezcana yumruq atıb. Bundan sonra CHP və AKP millət vəkilləri yumruq davasına başlayıb. Aldığı zərbədən burunu qanayan CHP Zonquldak millət vəkili Ali İhsan Köktürk xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək