Qaxda ÜÇAYAQLI ÇƏPİŞ DOĞULDU
Qax rayon sakininin təsərrüfatında 3 ayaqlı çəpiş doğulub. APA TV-nin məlumatına görə, hadisə Qax rayonunun ucqar, Gürcüstanla həmsərhəd Qındırğa kəndində Elxan Ərəbova məxsus təsərrüfatında baş verib.
Keçilərdən biri üçəm doğub. Doğulan çəpişlərdən ikisi normal olsa da, biri 3 ayaqlı olub. Çəpiş balasının arxa sağ ayağı yoxdur.
Elxan Ərəbov həmin çəpişi digər qoyun-quzudan və keçilərdən ayırıb, tək qulluq göstərib: "Bu quzu doğulanda dedik ki, öləcək. Yaxşı qulluq etdik, evdə saxladıq. Bir-iki gün keçdi ayağa durdu, qaçdı. Doğulanda hamısından zəif idi".
Elxan Ərəbov belə halın 3-4 il öncə baş verdiyini, ancaq 3 ayaqlı doğulan çəpişin sadəcə bir-neçə gün yaşadığını söyləyib. O, Qındırğa kəndində başqa təsərrüfatda anormal halın olmadığını bildirib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək