Magistraturada qiyabi təhsil ləğv edilib
"2014/2015-ci tədris ilindən Azərbaycanda ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq".
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin baş məsləhətçi Natiq İbrahimov bildirib: "Bu ildən bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb. Hər hansı bir qiyabi təhsil alan tələbə digər ixtisasa və ya ali təhsil müəssisəsinə köçürülmək istəyərsə, o zaman həmin ali məktəbdə qiyabi yerin olub-olmamasına baxılacaq".
Magistratura pilləsindən xaric olunan tələbələr yenidən təhsil aldıqları ali məktəbə bərpa oluna biləcəklər. Nazirlik rəsmisi deyir ki, Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına da qəbul məhdudlaşdırılıb. Bir sıra ali təhsil müəssisələrində müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə müəllim ixtisasları üzrə qəbul planı azaldılıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək