Nazir vətəndaşların şikayətlərini dinlədi
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyanda vətəndaşları qəbul edib. Nazir Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları dinləyib.
APA TV-nin xəbərinə görə, Nazirliyin məsul işçilərinin iştirak etdiyi qəbulda 50-dən çox vətəndaşın şikayəti dinlənilib.
Qəbula yazılmış vətəndaşları dinləyən nazir səslənən bütün müraciətləri nəzərdən keçirəcəyini, onların həlli yönündə zəruri addımların atılacağını bildirib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək