BDU-nun tarix fakültəsinin DEKAN MÜAVİNİ AUDİTORİYADA VƏFAT ETDİ
Bakı Dövlət Universitetində son hadisələr zamanı adı hallanan tarix fakültəsinin dekan müavini Rafael Süleymanov bu gün səhər saatlarında vəfat edib. APA TV-nin məlumatına görə, auditoriyada mühazirə zamanı dekan müavininin səhhəti qəfil pisləşib və o dünyasını dəyişib. Rafael Süleymanov BDU-da tarix fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışıb. Məlumatı APA TV-yə BDU-dan təsdiqləyiblər.
Xatırladaq ki, üç gün əvvəl BDU-da keçirilən aksiya zamanı tələbələr tarix fakültəsinin müəlliminin onlardan rüşvət tələb etdiyini bildiriblər. Universitet rəhbərliyi ilə görüşdə bu məsələ yenidən gündəmə gətirilib, tələbədən rüşvət tələb edən şəxsin Aynur adlı müəllimə olduğu deyilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək