Rayonlara QAR YAĞACAQ
Fevral ayının 26-da gündüz Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Bunu APA TV-yə ETSN-nin Hidrometeoroloji Proqnozla Bürosunun baş hidrtoloqu Asif Verdiyev deyib: "Ayın 27-də isə arabir yağıntılı olacağı gözlənilir. Temperatur rejimində elə bir dəyişiklik gözlənilmir. Gündüz saatlarında havanın temperaturu 8-dək isti gözlənilir. Eyni zamanda mülayim cənub və şərq küləyi əsəcək".
Bölgələrdə isə ayın 26-da gündüz əsasən, yağmursuz olacağı, axşam şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir: "Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 5-10 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir".
Yaxin iki gündə meteroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər metohəssas insanlar üçün əleverişli olacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək