Gəncədə "Xocalı" abidəsi ucaldılacaq
Gəncədə Xocalı şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq abidə ucaldılacaq. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlərlə görüşündə bildirib. Onun sözlərinə görə, Gəncənin yaxınlığında Xocalıdan olan məcburi köçkünlər üçün şəhərcik salınır və həmin abidə də şəhərcikdə olan parkda ucaldılacaq.
Gəncədə 600 ailənin məskunlaşması üçün həyətyanı sahəsi ilə birlikdə fərdi evlər şəhərciyi salınır. Bu ilin yayında şəhərciyin istifadəyə verilməsi planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək