Xocalı soyqırımı günü HƏRBÇİMİZ ŞƏHİD OLDU
Azərbaycan hərbçisi şəhid olub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Şəhid əsgər Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb. O, fevralın 27-də torpağa tapşırılacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək