Lənkəran sakini narkotik satarkən yaxalanıb
Lənkəran rayon sakini narkotik vasitə satan zaman yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göyşaban kənd sakini, 36 yaşlı Emin Təhmiraz oğlu Davudov saxlanılıb.
Lənkəran ŞRPŞ-nin müstəntiqi Bəyəmir Cahangirov deyib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göyşaban kənd sakini Emin Davudov 1 kiloqram 2 qram tiryəki və 40 qram marixuananı satarkən saxlanılıb. E.Davudovun əvvəllər də məhkum olduğu bildirilir .
Əməliyyat zamanı yaxalanan Emin Davudovun üzərindən daha 2,41 qram tiryək götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək