Samuxda MAŞIN YAS MAĞARINA GİRDİ: 1 ÖLÜ, 7 YARALI
Samux rayonunun Qarayeri qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, rayonun Sarıqamış kənd sakini 21 yaşlı Taleh Babayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən yolun kənarındakı yas mağarına çırpılıb. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanib. Vəziyyətləri orta ağır olan 5 nəfər Gəncə şəhər TTYX-na yerləşdirilib. Həkimlərin yardımına baxmayaraq, 45 yaşlı Sakit Şəfiyevin həyatını xilas etmək mümkün olmayıb. Samux polisi sürücünü saxlayıb. Faktla bağlı rayonun Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək