TAĞI ƏHMƏDOV İŞDƏN ÇIXARILDI - SƏRƏNCAM
Preizdent İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin təyin edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.
Bakı Metropolitenə uzun illər Tağı Əhmədov başçılıq edib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək