Səhər Əhməddən "Görüşməyənədək"
“APA Holding”də Səhər Əhmədin “Görüşməyənədək” şeirlər kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində şairin qələm dostları Əkbər Qoşalı, Qan Turalı, Şərif Ağayar, Cavid Zeynallı, tanınmış jurnalistlər Rey Kərimoğlu, Azər Həsrət və başqaları iştirak edib.
APA Tv-nin xəbərinə görə, yazar Əkbər Qoşalı Səhər Əhmədin yaradıcılığından danışaraq, onun öz nəsildaşları arasında özünəməxsus yeri olduğunu vurğulayıb.
Şairin Murad Musayevin səsləndirdiyi "Ay qız" şeiri iştirakçıların diqqətini cəlb edib.
Tədbirdə çıxış edən Şərif Ağayar, Azər Həsrət, Əkbər Qoşalı və figərləri Səhər Əhmədin hələ deməyə çox sözünün olduğunu bildiriblər. Səhər Əhməd çıxışçılara, iştirakçılara təşəkkür edib.
Qeyd edk ki, kitab “Elm və təhsil” nəşriyyatında 500 tirajla çap olunub.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək