Krımın separatçı rəhbərliyi kömək üçün Putinə müraciət etdi!
Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin yarımadada Rusiya qoşunlarının mövcudluğuna aydınlıq gətirib. O bildirib ki, Rusiyanın Ukraynada fəaliyyəti bu ölkə ilə imzalanmış, Qara dəniz donanmasının dislokasiyasına haqqında müqaviləyə əsaslanır.
Krımda separatçı rejimin rəhbəri, özünü “baş nazir” elan etmiş Sergey Aksyonov yarımadanın bütün güc strukturlarının müvəqqəti olaraq onun tabeçiliyinə keçdiyini bəyan edib. Aksyonov həmçinin kömək üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə bildirilir ki, rəsmi Kiyevlə əldə olunan razılaşmaya əsasən, Ukrayna Krım Ali Şurası ilə məsləhətləşmə aparmadan güc strukturlarına rəhbər təyin edə bilməz. Buna baxmayaraq dünən rəsmi Kiyev Krım milis idarəsinə yeni rəis təyin edib və nəticədə yarımadada iğtişaşlar başlayıb. Aksyonov Rusiya prezidentindən yaranmış vəziyyətdə Krıma dəstək olmasını xahiş edib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək