TOVUZDA MƏKTƏBLİ ÖZÜNÜ ASARAQ İNTİHAR EDİB
Tovuzda məktəbli intihar edib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Alakol kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı Kamran Quliyev yaşadığı evin damında özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma - maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək