"Qatar bələdçiləri arasında QİÇS xəstəliyi yayılması xəbəri əsassızdır" - RƏSMİ MÖVQE
Azərbaycanda qatar bələdçiləri arasında QİÇS xəstəliyinin yayılması barədə səslənən fikirlər əsassızdır. Bu barədə APA TV-yə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəisi Nadir Azməmmədov bildirib. Onun sözlərinə görə, belə bir hala rast gəlinməyib: “İşçilərimiz mütəmadi olaraq müayinəyə cəlb olunurlar. Sadəcə kişi bələdçilərdən bir neçəsi tibbi müayinəyə gəlməyib, onlar da buna görə tənbeh olunub”.
Dövlət Dəmir Yolu Xəstəxanasının həkim-ekspert komissiyasının sədri Faiq İsmayılov da deyilənləri təsdiq edib. Həkim bildirib ki, dəmiryolçular hər 6 aydan bir məcburi müayinədən keçirlər.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı-Moskva reysi ilə hərəkət edən qatarın 30-a qədər bələdçisinin QİÇS-ə yoluxduğu barədə xəbərlər yayılıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək