Şəmkirdə 22 yaşlı oğlan həmkəndlisini bıçaqladı
Şəmkir rayonunda 22 yaşlı gənc özündən 25 yaş böyük həmkəndlisini bıçaqlayıb. Şəmkir rayon Polis Şöbəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib. Kənd sakini, 47 yaşlı Qiyas Hüseynovla 22 yaşlı həmkəndlisi Ceyhun Abdullayev arasında mübahisə yaranıb. Nəticəsində Ceyhun Abdullayev Qiyas Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Xəstə dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək