"Azəriqaz" KÜTLƏVİ ZƏHƏRLƏNMƏ İLƏ BAĞLI AÇIQLAMA YAYDI
"Qaradağda baş verə hadisənin qaz sızması və ya partlayışla heç bir əlaqəsi yoxdur. Söhbət adarant adlı maddəddən gedir. Bu maddə qaza vurulur ki, iy hiss olunsun. Bunun da insan orqanizmi üçün heç bir mənfi təsiri yoxdur".
Bunu APA TV-yə "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev söyləyib. Onun sözlərinə görə, hadisə ilə bağlı Lökbatan qəsəbəsinə qazın verilişi müvəqqəti olaraq dayandırılıb.
"Azəriqaz"ın sözcüsü bildirib ki, faktla bağlı qurumun əməkdaşları tərəfindən müvafiq araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək