ABŞ və Rusiya XİN başçıları görüşdü
Parisdə ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
APA TV-nin xəbərinə görə, Krım böhranı başlayandan bu, Lavrovla Con Kerri arasında baş tutan ilk görüşdür.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, Kerri razılaşıb ki, ultimatum şəraitində konstruktiv dialoq aparmaq qeyri-mümkündür.
“Hazırda biz Fransa xarici işlər nazirliyinə yollanırıq. Orada bizi Polşa, Fransa və Almaniyanın xarici işlər nazirləri gözləyir. Hansılar ki, məlum 21 fevral sazişinə imza atmışdılar” – deyə, Lavrov bildirib. Öz növbəsində, Con Kerri Rusiya ilə Ukraynanı birbaşa danışıqlara çağırıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək