Yanukoviç "Qırmızı bülleten"lə axtarılacaq
"Interpol" sabiq prezident Viktor Yanukoviçin həbsi ilə bağlı Ukraynanın müraciətinə baxır. Hazırda hüquqşünaslar beynəlxalq tələblərə uyğun olaraq, sənədlərin qiymətləndirilməsini aparırlar. Ekspertizanın sonuna kimi "Interpol"a üzv bütün 190 ölkənin müraciətlərinin qəbulu dayandırılıb. Sorğuda Yanukoviçinin adının "qırmızı bülleten"ə daxil edilməsi istənilir. Bu isə o deməkdir ki, onu "Interpol"a üzv bütün ölkələr tuta və saxlaya bilər.
Bu arada Rusiya mətbuatı Viktor Yanukoviçin infarkt keçirməsi xəbərini yayıb. “Moskovskiy komsomolets” qəzetinin yazdığına görə, hazırda sabiq prezident Moskva xəstəxanalarının birindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Lakin rəsmi məlumat hələlik verilmir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək