Bakıda cibindən ağrıkəsici dərmanlar çıxan kişi meyiti tapıldı
Bu gün səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsi 1 may kücəsində yolun kənarında naməlum 30-35 yaşlı kişi meyiti tapılıb. Ətrafda yaşayanlar dərhal Sabuncu rayon 15-ci polis bölməsinə zəng vurublar. Hadisə yerinə gələn polis əməkdaşları təcili-tibbi yardım briqadasını çağırıblar. Meyit müayinə ücün Sabunçu rayon pataloji anatomiya şöbəsinə göndərilib. Hadisə yerində olan Sabunçu rayon prokurorluğunun əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, onun bədənində kəsici və deşici xəsarətlər aşkar olunmayıb. Mərhumun cibindən ağrıkəsici dərman aşkar olunub. Sağ qolunda dirsəkdən yuxarı hissədə döymənin olduğu bildirilir. Meyitin şəxsiyyəti hələ dəqiqləşməyib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək