Ucar rayonuna su fasilələrlə verilir
Ucar rayonuna suyun verilişində fasilə yaranıb. APA-nın yerli bürosunun məlumatına görə, 10 gündən artıqdır ki, rayonun bir neçə kəndinə suyun verilməsi dayandırılıb. Sakinlər kanallar vasitəsi ilə ötürülən sudan həm əkin sahələrini və mal-qaranı suvarmaq üçün, həm də içməli su kimi istifadə etdiklərini deyirlər. Yaranmış vəziyyət sakinlərin narazılığına səbəb olub.
Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Həsən Qasımov APA-nin yerli bürosuna bildirib ki, ötən ayın 24-dən Ucar rayonunun 9, Göyçay rayonunun isə 7 kəndinə suyun ötürülməsi dayandırılıb. Buna səbəb isə Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində körpüdə tikinti işlərinin aparılmasıdır. H. Qasımov qeyd edib ki, mart ayının 19-20-nə kimi tikinti işlərinin yekunlaşması və bundan sonra sakinlərin fasiləsiz su ilə təmin olunması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək