Viktor Yanukoviç: "Mən prezident və Ali Baş Komandanam"
"Mən Ukraynanın nəinki yeganə legitim prezidenti, o cümlədən ali baş komandanıyam".
APA TV-nin xəbərinə görə, bu bəyanatla Rostov-Donda Viktor Yanukoviç çıxış edib. O, Ukrayandakı çeviriliş zamanı heç yerə qaçmadığını qeyd edib: "Çevriliş zamanı mən ölkəni tərk etmədim. Həmin günlərdə mənə qarşı terror hərəkəti etməyə çalışdılar. Amma mən Kiyevə qayıdacağam. Bu, çox çəkməyəcək".
O, haqqında yayılan ölüm xəbərlərinə də münasdibət bildirib: "Mən sağ və salamatam, amma özümü yaxşı hiss etdiyimi deyə bilmərəm. Çünki Ukrayanda baş verənləri həyəcanla izləyirəm".
Viktor Yanukoviç mayın 25-nə təyin edilmiş seçkiləri qeyri-legitim və qanunsuz hesab edir. Onun sözlərinə görə, bu seçki əsasında formalaşacaq istənilən orqan da qanunsuz olacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək