Yasamalda 18 YAŞLI OĞLAN QƏTL TÖRƏDİB
Bakının Yasamal rayonunda törədilən qətlin üstü açılıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, İ. Qurtqaşınlı küçəsi 85 ünvanında, “Turanbank”ın qarşısında bıçaqlanaraq qətlə yetirilən şəxsin 22 yaşlı Elçin İlqar oğlu Dəmirov olması müəyyənləşib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin üstü isti izlərlə açılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərrux Zeynalov saxlanılaraq, barəsində həbs-qətimkan tədbiri seçilib. APA TV xəbər verir ki, faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək