Gəncədə tələbə qızın meyiti kirayə qaldığı mənzildən tapıldı
Gəncədə dəm qazından ölüm faktı baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında qeydə alınıb. Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin (GDU) birinci kurs tələbəsi, 1995-ci il təvəllüdlü Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək