Rusiyada azərbaycanlılardan ibarət dəstə zərərsizləşdirildi
Rusiya hüquq-mühafizə orqanları Solikamskda xüsusi əməlliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində dələduzluqla məşğul olan 4 azərbaycanlıdan ibarət dəstənin üzvləri saxlanılıblar. APA TV-nin xəbərinə görə, saxlanılan zaman onların üstündən silah aşkarlanıb. İstintaqla müəyyən olunub ki, qrup üzvləri vətəndaşların etibarından sui-istifadə etməklə onların əmlakını mənimsəyib, mülklərinə sahib olublar. Mübahisəli məsələlərdə isə məhkəməyə müraciət etməklə bir vaxtlar sənədləşdirdikləri əmlakların real sahibləri olduqlarını təsdiqləyiblər. Perm vilayət polisinin verdiyi məlumatda dəstə üzvlərinin daha ağır cinayətlərdə iştrak etdikləri istisna olunmur. Lakin araşdırma getdiyindən polis bu barədə konkret fakt söyləməyib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək