NEFT DAŞLARINDA ESTAKADA UÇDU, FƏHLƏ DƏNİZƏ DÜŞÜB BOĞULDU
Martın 15-də “Neft Daşlarında” yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan dörd nəfər estakadanın uçması nəticəsində dənizə düşüb. Bu barədə APA TV-yə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumatda onların kimlikləri də açıqlanıb. Bu şəxslər - Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyevdir. Musa Hacıyev boğularaq ölüb, digərləri xilas ediliblər.
Qeyd edək ki, eyni gün “Qarasu Oil” əməliyyat şirkətində də bədbəxt hadisə baş verib. Qaldırıcı kranın yükü fəhlənin başına düşüb, fəhlə ölüb. O, şirkətin elektrik çilingəri işləyən Şirvan şəhəri sakini, 39 yaşlı Ağayev Oleq Siyasətoviçdir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək