Sınaq imtahanlarına yazılış başlanır
Bu il Azərbaycan ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə kömək məqsədilə keçiriləcək sınaq imtahanlarına yazılış başlanır. APA TV-nin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, aprel ayının 6-da və 13-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat mart ayının 27-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını abituriyentlər bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər.
Qeyd edək ki, sınaq imtahanlarına qeydiyyatla bağlı ilkin məlumatlar komissiyanın facebook səhifəsindən öyrənə biləcəklər.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək